Dövlət orqanları 5 gün ərzində lisenziya almaq üçün sahibkarlara metodiki kömək edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət orqanları 5 gün ərzində lisenziya almaq üçün sahibkarlara metodiki kömək edəcək

14:41 - 09 / 02 / 2016
Dövlət orqanları 5 gün ərzində lisenziya almaq üçün sahibkarlara metodiki kömək edəcək

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalaşdırma, icazələrin verilməsi haqqında” qanun layihəsinə dəyişikliklər müzakirə olunub.

1news.az xəbər verir ki, komitənin iclasında çıxış edən millət vəkili Tahir Mirkişili dəyişikliklərdən danışarkən qeyd edib ki, təftiş orqanı avtomatik formada sahibkarın lisenziyaya sahib olub-olmadığı ilə bağlı informasiya ala biləcək.

“Hər bir sahibkar lisenziya alana qədər dövlət orqanlarına müraciət edərək metodiki yardım ala bilər. Onlar isə öz növbəsində 5 gün ərzində sahibkara lisensiya almaq üçün  metodiki yardım göstərməyə borcludur”,- o, deyib.

Qeyd olunub ki, bunun sayəsində sahibkarlar əlavə vəsait xərcləməyəcək və lisenziya ala biləcəklərini, yaxud almayacaqlarını müəyyənləşdirə bilərlər”.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, icazələrin sayının optimallaşdırılması ilə bağlı nazirlikdə təkliflər hazırlanıb.

“Bu qanunlayihəsi biznes mühitinin təkmilləşdirilməsinə şərait yaradacaq”, deyən S.Məmmədov bildirib ki, qanunlayihəsi elekton lisenziyaların verilməsini də nəzərdə tutur”.

Xatırladaq ki, qanunlayihəsi lisenziyaların alınması ilə bağlı prosedurların sadələşdirilməsi və qaydaların təkmilləşdirilməsini nəzərdə tutur.

Qanunlayihəsinin Milli Məclisin plenar iclasının 2-ci oxunuşunda müzakirəyə çıxarılması məsləhət görülüb.

1news.az

 

Paylaş:
1470

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər