Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət edənlərin sayı azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət edənlərin sayı azalıb

14:59 - 09 / 02 / 2016
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət edənlərin sayı azalıb

2015-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə bələdiyyələrin birləşdirilməsi ilə bağlı müraciət edənlərin sayı azalıb.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda regional məsələlərlə bağlı komitənin iclası zamanı mərkəzin sədri Mehdi Səlimzadə bildirib.

Onun sözlərinə görə, ötən il ərzində vətəndaşlar tərəfindən mərkəzə 2093 müraciət daxil olub. 

“107 müracit tam, 20-si isə müəyyən hissə olaraq təmin edilib. 3 müraciət birbaşa olaraq, 62-i isə araşdırmadan sonra prokurorluq orqanlarına gödərilib”, - o, bildirib.

Bildirilib ki, mərkəzə daxil olan 491 müraciət torraq sahələrinin alınması ilə bağlı olub.

Eyni zamanda qeyd olunub ki, bu dövr ərzində bir rüşvətvermə və 4 korrupsiya faktı müəyyən olunub.

Qeyd edək ki, Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrə müvafiq metodoloji kömək göstərir, eyni zamanda onların fəaliyyəti ilə bağlı inzibati nəzarəti həyata keçirir.

1news.az

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər