Elektrik mühərriki Xaçmaz sakinini komaya saldı
Xaçmaz sakini bədbəxt hadisə nəticəsində ciddi xəsarət alıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 8-də Xaçmaz şəhərində yaşayan Babək Səlimov baş nahiyəsinin ağır dərəcədə əzilməsi diaqnozu ilə koma halında xəstəxanaya gətirilib.
Araşdırmalar zamanı B.Səlimovun elektrik mühərriki ilə işləyərkən mühərrikə bərkidilmiş yonqar daşının sınaraq onun gicgah nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması müəyyən edilib.
1news.az
670