2015-ci ildə əhalinin manatla olan yatırımlarının həcmi 3 dəfə azalıb
1 yanvar 2016-cı il göstəricilərinə görə fiziki şəxslərin Azərbaycan banklarına yatırımlarının həcmi 9 milyard 473.9 milyon manat təşkil edib.
2015-ci ilin dekabr ayı ərzində əhalinin yatırımları 33,63%, ümumilikdə 2015-ci il ərzində isə 31,8% artıb.
Bu ilin yanvar ayında əhalinin manatla yatırımları 1 milyard 420,2 milyon manat olub ki, 2015-ci ilin müvafiq ayında həmin rəqəm 4 milyard 422.4 milyon manat olub.
Dekabr ayı üçün həmin göstərici 14.9 faiz, il ərzində isə 3.11 dəfə azalıb.
1 yanvar 2016-cı ildə əhalinin sərbəst konvertasiya valyutası ilə yatırımları 8 milyard 053.7 milyon manat olub. Müqayisə üçün deyək ki, 1 dekabrda əhalinin xarici valyuta ilə əmanətləri 5 milyard 420.5 milyon manat, 1 yanvar 2015-ci ildə isə 2 milyard 766 milyon manat təşkil edib. Beləliklə, dekabr ayı üçün əhalinin valyuta yatırımlarının həcmi 48.57 faiz, 2015-ci il ərzində isə 2.91 dəfə artıb.
2015-ci ilin nəticələrindən görmək olur ki,əhalinin ümumi yatırımlarının 15 faizi manatla , 85 faizi xarici valyutala ilə olub.
Ötən ilin sonunda rezidentlərin yatırımı 8 milyard 240.9 milyon manat, qeyri-rezidentlərinki isə 1 milyard 233.1 milyon manat təşkil edib.
Daha əvvəl də xəbər verildiyi kimi yanvar 2016-cı ildə bank əmanətlərinin (depozitlərin) ümumi həcmi 23 milyard 463.1 milyon manat olub. Dekabr ayı ərzində bankların depozit bazası 33.32 faiz artıb, ümumilikdə isə 2015-ci il ərzində 51.83 faiz təşkil edib.
1news.az