Keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 1061 ədəd traktor verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 1061 ədəd traktor verilib

1news Redaksiyası19:08 - 09 / 02 / 2016
Keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 1061 ədəd traktor verilib

2015-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına traktorla yanaşı 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəkləri (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

1news.az

 

Paylaş:
1644

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər