Tütün əkini sahələri genişləndiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tütün əkini sahələri genişləndiriləcək

1news Redaksiyası20:57 - 09 / 02 / 2016
Tütün əkini sahələri genişləndiriləcək

Azərbaycanda tütün əkini sahələri genişləndiriləcək.

1news.az-ın məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Məlumata görə, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.

2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

1news.az

 

Paylaş:
2044

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər