Azərbaycanda kvota üzrə balıq ovu azalıb
Ölkədə 2015-ci ildə 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 677,9 ton kvotaya qarşı 565,6 ton balıq ovlanıb.
1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2014-cü illə müqayisədə 2015-ci ildə kvota üzrə balıq ovu 35,8 faiz azalıb.
Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.
1news.az
641