“Bank of Baku”ad gününə özəl olaraq əmanət faizlərini artırdı! | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bank of Baku”ad gününə özəl olaraq əmanət faizlərini artırdı!

12:25 - 09 / 02 / 2016
“Bank of Baku”ad gününə özəl olaraq əmanət faizlərini artırdı!

“Bank of Baku” ölkədəki fəaliyyətinin 22-ci ildönümü ərəfəsində müştərilərinə özəl olaraq sürpriz dolu kampaniyalara start verir. Fevral ayı ərzində icra olunacaq növbəti belə kampaniyalardan biri əmanət müştərilərini sevindirəcək.

Bu haqda 1news.az-a bankdan məlumat verilib.

Belə ki, 29 fevral tarixinə qədər bankda “Dinamik” əmanət hesabı açdıran müştərilər bank tərəfindən müəyyən olunmuş illik faiz dərəcələrindən əlavə gəlir əldə edə biləcəklər. İndi müddətindən asılı olaraq illik 12%-dək gəlir gətirən manatla yerləşdirilən “Dinamik” əmanətlər +1%, dollar əmanətləri isə illik 6%-dək gəlir gətirəcək. Üstəlik, kampaniya çərçivəsində əmanətçilər yerləşdirdikləri əmanətə bağlı nağd pul krediti üçün də banka müraciət etmələrinə imkan yaradılır.

Yuxarıda qeyd olunanlarla yanaşı, kampaniya dövründə əmanət yerləşdirən bütün müştərilərə Bolkart Debet kartı bank tərəfindən PULSUZ olaraq hədiyyə olunacaq.

“Dinamik” əmanət məhsuluna şamil olunan bu kampaniyadan faydalanmaq istəyən müştərilər minimum 500 AZN/USD, maksimum 500.000 AZN/USD yerləşdirməklə hesab açdıra bilərlər. Əmanətçilər vəsaitlərini 3-24 ay müddətinə banka yüksək faizlə əmanət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Bank of Baku” 12%-dək və ya 30.000 AZN-ə qədər yerləşdirilən bütün əmanətlərin tam olaraq sığortalalanmasına zəmanət verir.

“Bank of Baku”nun təqdim etdiyi “Dinamik” əmanət məhsulu haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, “Bank of Baku”nun 31 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi minimum 30% tələbinə qarşı bankın ani likvidlik əmsalı 330% təşkil edir. Bununla yanaşı, bankın məcmu kapitalının adekvatlıq əmsalı qeyd olunan tarixə 15.35% təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10% tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10.7% leverec əmsalına malik olmaqla, “Bank of Baku” Mərkəzi Bankın təyin etdiyi minimum 5% tələbini iki dəfədən çox olmaqla yerinə yetirir. 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
1019

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər