Azərbaycan dağlarında qala-şəhər - Əlincə qalası bərpa olunur-FOTO
Yaxın vaxtlarda Azərbaycanda da yüksək dağlar qoynunda, Perunun Maçu-Pikçu şəhərindən heç də geri qalmayan şəhər yaranacaq.
İnklərin sirli şəhəri kimi Əlincə qalası da dağ yamacında yerləşir və pilləkənvari formaya malikdir. Naxçıvandakı qədim qalanın bərpası işləri tamamlanmaq üzrədir. Yaxın vaxtlarda bu nadir abidənin rəsmi açılışı olacaq.
Naxçıvan Şərqdə sivilizasiyanın inkişaf etdiyi ocaqlardan biri adlandırılır.Burada mövcud olan yarım mindən artıq tarixi- mədəni abidə var. Onlardan 600-ü dünya əhəmiyyətli abidə statusu daşıyır ki, Əlincə qalası da həmin siyahıya daxildir.
Qala eyniadlı dağın üzərində yerləşir. Culfa şəhərinin yaxınlığında olan bu qalanın (Naxçıvan Muxtar Respublikası) 6-8-ci əsrlərdə tikildiyi ehtimal olunur.
Bütün ətraf ərazidə hökmran olan bu qala ticarət və hərbi yollar üzərində güvənli məkan idi. Öz zamanının ən güdrətli istehkamı olan qala haqqında bir çox tarixi mənbələrdə bəhs olunub. Vaxtilə burada Səlcuqlar dövlətinin xəzinəsi saxlanılıb, Atabəylər dövlətinin hakimi Müzəffərəddin Özbək burada yaşayıb.Qala bir çox işgallar görüb bir neçə dəfə dağıdılsa da, sonradan bərpa olunub. Məşhur sərkərdə Əmir Teymur qalanın əzəmətinə heyran qalıb və qoşunlarının bu basılmaz qalanı aldığa əmin olmaq üçün şəxsən özü bura gəlmişdi.
Əlincə kiçşik bir şəhəri xatırladırdı və onun özünəməxsus yaşayış və ictimai binaları, xəzinəsi, ordusu və at tövlələri var idi. İspan səyyahı Rui Qonsales de Klavixo: “Əlincə hündür sərt qaya üzərində yerləşir, aşağıdan divarlar və qalalarla əhatə olunub. Qala divarları daxilində dağın aşağı yamaclarında çoxlu üzüm tənəkləri, bağçalar, otlaqlar, bulaqlar və su saxlancları var idi”.
2014-cü ildə dövlət bu abidənin bərpası ilə bağlı qərar qəbul edib: arxeoloqlara tapşırıq verilib ki, qala ilkin vəziyyətinə maksimum dərəcə yaxın şəkildə bərpa olunsun. “Moskva-Bakı”ya Əlincə qalasındakı arxeoloği qrupun rəhbəri Bəli Baxşəliyev qeyd edib ki, bərpa işləri ilkin olaraq qalaya qalxan girişlərdən biri üzərində aparıldı. Bunun üçün yol çəkildi və tikinti materilları əllə yüksəkliyə qaldırılırdı. Qısa müddət ərzində qalıanın Qərb və şərq qapıları ilkin formasına uyğun bərpa olundu və qala divarlarını möhkəmləndirildi. Arxeoloqlar Əlincə qalasını demək olar ki tam olaraq ilkin halına qaytara bildilər. “Qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri - “kəhriz”lər aşkar olunub. Bir-birinə tam yaxın yerləşən yaşayış evləri bir otaqdan ibarət idi. Onlar kiçik soba ilə qızdırılırdı. Burada əl dəyirmanı, saxsı qablar, balta və pullara da rast gəlmək olardı. Aşkar olunan bütün faktlar burada yaşayan insanların həyat tərzi haqqında fikir yürütməyə imkan verir”,- Vəli Baxşəliyev bildirib.
Bu gün Əlincə qalası özünün qeyri-adi görünüşü ilə insanı heyrətləndirir: qala divarları, qalanın tam ətəyindən başlayaraq sıra-sıra təpəyə qalxır. Abidənin yaxılığında muzey tikilib, burada arxeoloji qazıntı zamanı aşkarlanan eksponatlar sərgilənir. Əlincə qalasının açılışı yazda olacaq. Bu təkcə Azərbaycan mədəniyyəti və tarixi üçün deyil, həm də Naxçıvana turistlırin cəlb olunması üçün əhəmiyyətlidir.
moscow-baku.ru