Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb

13:25 - 10 / 02 / 2016
Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb

Məlum olduğu kimi, Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

1news.az-ın məlumatına görə, bunula bağlı qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində qəbul olunub.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Mədəniyyət Paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı “Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı” Loqotipi də hazırlanıb. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.

1news.az

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər