Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək

14:26 - 10 / 02 / 2016
Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək

2016-2017-ci illərdə Azərbaycanda italiyalı ekspertlə­rlə birgə mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiri­ləcək.

1news.az-ın məlumatına görə, “Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək”­ adlı layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsininin yerli müşaviri Alessa­ndro Biançi  ilə görüşüb.

Görüşdə  ­mədəni irsin qorunması və mə­dəniyyət sahəsində idarəetmənin təkmillə­şdirilməsinə dair 2016-2017-ci illəri əh­atə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb. 

Nazir Ə.Qarayev layihənin uğurla həyata keçi­rilməsinin mədəniyyət sahəsinin idarə ed­ilməsində və mədəni irsin qorunmasında A­zərbaycanın dünyanın ən qabaqcıl təcrübə­sinə yiyələnməsinə kömək edəcəyini bildirib. 

Layihə eksperti A.Biançi Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirib. 

Qeyd edək ki,  layihə Avropa Komi­ssiyası ilə razılaşdırılmış və Nazirlər ­Kabineti tərəfindən  təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər