Dünya Bankı Azərbaycan iqtisadiyyatının yeni şərtlər daxilində inkişafı üçün təkliflər hazırlayır
Hal-hazırda Dünya Bankının (DB) mütəxəssisləri Azərbaycan iqtisadiyyatının yeni şərtlər daxilində inkişafı ilə əlaqədar təkliflər planı üzərində çalışır.
Bunu Bakı keçirilən “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V Vergi Forumu çərçivəsində DB-nin Bakı ofisinin rəhbəri L.Leşenko jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təkliflər ölkənin yaranan vəziyyətdən çıxmasını nəzərdə tutur.
“Bu vəziyyəti böhran adlandırmaq olmaz. Azərbaycan onları aradan qaldırmaq sahəsində çətinliklə üzləşməyəcək. Cünki ölkənin Neft Fondun güvənli ehtiyatları var”, - L.Leşenko bildirib.
DB-nin Bakı ofisinin rəhbəri qeyd edib ki, Azərbaycanın indi olduğu vəziyyəti “ yeni iqtisadi şərait” adlandırmaq olar.
Qeyd edək ki, daha əvvəl L.Leşenko bildirib ki, neft qiymətlərinin düşməsinin yaratdığı hazırkı ağır situasiya Azərbaycan iqtisadiyyatının gələcək inkifafı üçün şərait yaradır.
1news.az