Azərbaycan Dünya Bankının turizm sahəsinə yardımından imtina edib
Azərbaycan hökuməti DB-nin ölkənin turuzm sektorunda inkişafa köməyindən imtina edib.
Bu haqda DB-nin Bakı ofisinin rəhbəri Larisa Leşenko Bakı keçirilən “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V Vergi Forumu zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə bu layihə DB mütəxəssisləri tərəfindən 2 il əvvəl hazırlanıb. Turizmin daha maraqlı gördükləri iki marşrutu üzrə, Bakı –Şamaxı və Şəki –Zaqatala istiqamətlərində inkişaf etdirilməsini nəzərdə tuturdular.
“Bu regionlar turizm baxımından böyük maraq kəsb edir, hələ bircə ona görə ki, Şəkidə indiyə qədər ipəyin əllə istehsalı saxlanılıb.Belə yerləri tapmaq narid hadisədir”, -L.Leşenko bildirib.
O, aydınlaşdırıb ki, bu layihənin reallaşdırılmasından imtina edib və ona əsaslanıb ki, dövlət bu işi müstəqil şəkildə həyata keçirə bilər”, -deyə DB-nin bakı ofisinin rəhbəri deyib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankını üzvüdür. Bu müddət ərzində bank 3.3 milyard dollar həcmində 54 layihəni maliyyələşdirib. Hal-hazırda 17 layihənin reallaşdırılması həyata keçirilir.
1news.az