Bakı Şəhər Prokurorluğu məlumat yayıb
Fevralın 7-də Mübariz Məmmədov Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində basdırıldığını bildirib.
Bakı Şəhər Prokurorluğundan 1news.az-a bildiriblər ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub.
Məhkəmənin qərarına əsasən cəsəd basdırıldığı yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.
R.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham irəli sürülməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub və zəruri istintaq tədbirləri davam etdirilir.
1news.az