Nazirlik: Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini 4-9% artıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazirlik: Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini 4-9% artıracaq

1news Redaksiyası11:50 - 10 / 02 / 2016
Nazirlik: Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini 4-9% artıracaq

“Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin artmasına səbəb olacaq”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirilən “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V Vergi Forumunda Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov “Vergi islahatlarının dövlət büdcəsinin formalaşmasına təsiri” mövzusundan danışarkən belə deyib.

Onun sözlərinə görə, Vergilər Məcəlləsinə edilən bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq.

F. Şirinov əlavə edib ki, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına səbəb olacaq.

1news.az

Paylaş:
1453

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər