Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

11:52 - 10 / 02 / 2016
Fevralın 26-da bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Azərbaycanın ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

1news.az-ın Report-a istinadla xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilməli, plana müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər