ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 18346 müraciət öz həllini tapıb
Cari ilin yanvar ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə, eləcə də Gəncə şəhərindəki ASAN xidmət mərkəzinə “Azəriqaz”la bağlı 18346 müraciət daxil olub.
1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”- deyə, “Azəriqaz”dan bildiriblər.
1news.az