BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

12:44 - 10 / 02 / 2016
BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse-prezidenti Robert Vot Bakı Ali Neft Məktəbinin tələbələri qarşısında ”Təhlükəsizlik və əməliyyat riskləri” mövzusunda təqdimatla çıxış edib.

1news.az-ın məlumatına görə, BANM-nin rektoru Elmar Qasımov beynəlxalq neft-qaz şirkətləri ilə qurulmuş əlaqələrdən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb.

Qeyd olunub ki, BANM-nin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər. Rektor müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib. 

BP şirkətinin vitse-prezidenti R.Vot təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib, bu qəzaların səbəbləri və BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında danışıb.

O, belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Sonda R.Vot tələbələri maraqlandıran sualları cavablandırıb. 

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər