İtaliyada keçirilmiş “Portağal savaşı” festivalında 70 nəfər yaralanıb
İtaliyanın İvrea şəhərində ənənəvi olaraq keçirilən “Portağal savaşı” festivalı bu il də maraqlı məqamlarla yadda qalıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yeddi min nəfərdən çox insanın qatıldığı festivalda izdiham nəticəsində 70 nəfər yaralanıb.
Festivalda “portağal savaşı”na çıxanları 16 min nəfər izləyib. Tədbirdə 270 min kiloqram portağaldan istifadə olunub.
Qeyd edək ki,“portağal savaşı” festivalının tarixi çox qədimdir. Rəvayətə görə, bu festival İvrea şəhərinin XII-XIII əsrlərdə tiranlığa qarşı mübarizəsini simvolizə edir.
Daha əvvəllər festivalın iştirakçıları şəhərin müdafiəsi rəmzi olaraq paxla və şirniyyatla savaşırdılar. XIX əsrdən etibarən isə bu ənənə “portağal savaşı” ilə əvəz olunub.
1news.az