Gədəbəydə silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə silah-sursat tapılıb

14:08 - 11 / 02 / 2016
Gədəbəydə silah-sursat tapılıb

Polis Gədəbəy rayonunda silah-sursat tapıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Söyüdlü kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Voltra” markalı tapança,  1 ədəd “F-1” qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron tapılıb.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər