Sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır

15:31 - 11 / 02 / 2016
Sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması sahəsində də son illərdə məqsədyönlü işlər aparılır. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı  çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin, eləcə də həmin müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb.

1news.az

Paylaş:
586

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər