Bakıda “Gələcəyin alimləri” V Respublika müsabiqəsinə start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gələcəyin alimləri” V Respublika müsabiqəsinə start verildi

17:09 - 11 / 02 / 2016
Bakıda “Gələcəyin alimləri” V Respublika müsabiqəsinə start verildi

Fevralın 11-də Bakıda “Gələcəyin alimi” V Respublika müsabiqəsinin açılışı olub.

1news.az xəbər verir ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydır Əliyev Mərkəzi, Azərbaycan təhsil işçilərinin Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirlib.

Tədbirdə  bu sahəyə uyğun strukturlar, tanınmış alimlər, ali məktəb rektorları, məktəb direktorları, təhsil işçiləri, məktəblilər, mütəxəssislər iştirak edib.

Açılış zamanı Azərbaycan Himni səsləndirilib ardıyca Azərbaycan Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək qeyd edib ki, hazırda respublikanın ümütəhsil müəssisələrində keçirilən islahatların əsas məqsədi təhsil alanlarda vətəndaş mövqeyini formalaşdırmaq və onları tədqiqat işinə cəlb etməkdir.

“Müsabiqənin məqsədi elmi fəaliyyətlə məşğul olan tələbələrin sayını artırmaqdır”, -deyən nazir qeyd edib ki, müsabiqə həm də təhsil alanlar arasında komanda işinin təşkilinə yardım edir.

Nazir bildirib ki, respublikada hər il olimpiyada və müsabiqələrdə iştirak edənlərin sayı artır.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın prezidenti Akif Əlizadə və digərləri belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Belə müsabiqələr şagordlərin istedad və potensialının üzə çıxalmasına imkan verir.

IntelISE – Beynəlxalq Elm və Mühəndislik sərgisi çərçivəsində keçirilən “Gələcəyin alimləri” müsabiqəsi ABŞ-da 70-dən çox ölkəni təmsil edən şagirdlərin iştirakı ilə keçirilir.

“Gələcəyin alimləri” V Respublika müsabiqəsində 250 şagird tələbə tərəfindən 129 elmi layihə təqdim olunub. Onlardan 42 fərdi, 87 kollektiv layihədir.

Xatərladaq ki müsabiqə 13 fevralda başa çatacaq. Sonuncu gün “açıq qapı” günləri keçiriləcək. Tələbələr və müəllimlərə layihələr5lə tanışlıq imkanı veriləcək.

Müsabiqənin qalibi olan layihə müəllifləri bu ilin may ayında ABŞ-da keçiriləcək Intel ISEF sərgisində iştirak hüququnu əldə edəcəklər.

1news.az

Paylaş:
997

Son xəbərlər

Bütün xəbərlər