Bakıda törədilən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda törədilən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıldı

17:22 - 11 / 02 / 2016
Bakıda törədilən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıldı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Mövzu ilə bağlı:

Bakıda 39 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər