Moskvada terrorçu "PKK"nın Suriyadakı qolunun nümayəndəliyi açılıb
Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" ("Demokratik Birlik Partiyası") Rusiya paytaxtı Moskvada nümayəndəlik açıb.
1news.az Anadolu Ajansı-na istinadən xəbər verir ki,"nümayəndəlik" "Qərbi Kürdüstan təmsilçiliyi" adı ilə açılıb. Ofisin Suriyanın şimalında, Türkiyə ilə sərhəddə "PYD"-nin "Cezire", "Kobani" və "Afrin" "kantonları" kimi adlanan bölgələrini təmsil etdiyi bildirilib.
Açılışda Türkiyə Xalqların Demokratik Partiyasının üzv, deputat Fələknas Uca, "PYD"-nin Rusiya təmsilçisi Abdussalam Əli və "Suriya kürdlərinin ABŞ və Avropa təmsilçisi" Senam Mühəmməd də iştirak edib.
Məlumata görə, toplantıya Ukraynanın şərqində fəaliyyət göstərən Rusiyayönlü terrorçuların nümayəndələri də qatılıb.
1062