Bakıda 39 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb
Bakıda qətl hadisəsi baş verib.
1news.az-ın Binəqədi rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, rayondakı mənzillərdən birində üzərində xəsarət izləri olan qadın meyiti aşkar edilib.
Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.
Az sonra qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, F.Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
F. Qədomov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu etiraf edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1news.az