Ağcabədidə 60 yaşlı qadın qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 60 yaşlı qadın qətlə yetirilib

11:44 - 11 / 02 / 2016
Ağcabədidə 60 yaşlı qadın qətlə yetirilib

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. 

 

Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.

 

Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir. 

 

Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.

 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanı, araşdırma aparılır.

 

1news.az

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər