Burak Özçevit Bakı mənzərəsini İnstagram-da 3 milyon izləyicisinə göstərdi
10 fevral tarixində türk filmi “Kadeşim benim”-in “Nizami” kinomərkəzində premyerası baş tutub. Bu filmdə baş rol ifaçısı olan Burak Özçevit “Möhtəşəm yüzil” serialındakı Malkoşoğlu Bali bəy rolu ilə məşhurlaşıb.
Azərbaycanın paytaxtına bir günlük gələn aktyor “Kardeşim benim” filminin premyerasına qədər sosial şəbəkədə Azərbaycandakı pərəstişkarlarına salam göndərib və qaldığı Hilton Baku otel nömrəsindən şəhər mənzərəsi fonunda şəkil paylaşıb.
İnstagramda paylaşılan bu şəkli aktyorun 3 milyonluq izləyici auditoriyası görüb və 200.000 bəyənmə və 5000 şərh toplayıb.
“Kardeşim Benim” filminin premyerasından hazırlanan fotoreportaj yaxın vaxtda 1news.az oxucularına təqdim olunacaq.
2630