Fazil Məmmədov İsmayıllı sahibkarlarını yerli istehsal layihələrinə sərmayə yatırmağa çağırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fazil Məmmədov İsmayıllı sahibkarlarını yerli istehsal layihələrinə sərmayə yatırmağa çağırıb - FOTO

16:36 - 12 / 02 / 2016
Fazil Məmmədov İsmayıllı sahibkarlarını yerli istehsal layihələrinə sərmayə yatırmağa çağırıb - FOTO

Vergilər naziri Fazil Məmmədov fevral ayının 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

1news.az Vergilər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər  verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində bütün dünyanı bürümüş qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılımasına nail olunduğunu vurğulayıb.

F.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf etməkdə olan bir ölkə kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin yüksək kürsülərindən çıxış edərək, ölkəmizin inkişaf təcrübəsi barədə danışır, dünyada gedən proseslərə Azərbaycanın baxışlarını, mövqeyini açıqlayır. Davosda keçirilən Dünya İqtisadi Forumunda istər “Yeni enerji tarazlığı” mövzusunda sessiyada, istərsə də dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısında cənab İlham Əliyevin çıxışları, Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən Suriya məsələsi ilə bağlı beynəlxalq konfransda iştirak üçün Azərbaycan Prezidentinin Londona dəvət olunması da Azərbaycanın beynəlxalq aləmdə və iqtisadi münasibətlərdə fəal tərəfdaşlardan biri olduğunun, ölkəmizin dünyada sabitliyin bərqərar olmasına töhfələr verə biləcəyinin dünya birliyi tərəfindən qəbul edilməsinin təzahürüdür.

F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov ölkə Prezidenti tərəfindən 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcəkdir. 

F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial vardır. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir. Rayonda müasir sənaye müəssisələrinin, yeni sahibkarlıq subyektləriin açılması, investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində səyləri artırmaq lazımdır.

Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.

F.Məmmədov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə daha da inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır. Bu baxımdan İsmayıllıda da kənd təsərüfatının inkişafının böyük perspektivləri vardır.

O məmnunluq hissi ilə qeyd edib ki, BMT-nin İnkişaf  Proqramı və Avropa Birliyinin dəstəyi ilə rayonda  aqrar  sahənin inkişaf etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Diyallı, Yeniyol, Çəmənli kəndlərində istixanalar yaradılmış və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilməkdədir. 2015-ci ildə rayonda 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə onların sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq komleksində inşaat işləri davam etdirilir.

Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaqdır.

İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan F.Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20%-dək artaraq 100 min tondan yuxarı olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir bu sahənin böyük gəlir gətirən və əmək tutumlu sahə hesab olunduğunu, onun inkişaf etdirilməsinin rayon iqtisadiyyatına böyük gəlirlər gətirəcəyini və yeni iş yerləri yaradacağını qeyd edib. F.Məmmədov hazırda ümumi sahəsi 1000 hektara yaxın olan üzüm plantasiyalarının gələcəkdə genişləndirilməsi, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruri olduğunu vurğulayıb.

İsmayıllının İvanovka kəndinin Nikitin adına kolxozunun bazasında aqroparkın yaradılması məsələsinə toxunan nazir bu işin 2016-cı ildə başa çatdırılması üçün imkanların mövcud olduğunu qeyd edib.

İsmayıllının Azərbaycanın əsas turizm istiqamətlərinə daxil olan bölgələri sırasında olduğunu diqqətə çatdıran F.Məmmədov bu sahədə rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.

F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.

Vergilər naziri İsmayıllı rayonunun dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində görülən işlərdən danışaraq, yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa çalışacaqlarını bildirib.

Görüşdə çıxış edən sahibkarlar və ictimiayyət nümayəndələri, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, İsmayıllı rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında sahibkarlara köməklik göstərilməsi və s. ilə bağlı təkliflərlə çıxış ediblər.

Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.

Paylaş:
1140

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər