Eynşteynin nəzəriyyəsini kainat özü sübut etdi - FOTO - VİDEO
Onlar Yer kürəsindən 1 milyard işıq ilindən daha uzaq məsafədə iki qara dəliyin toqquşma nəticəsində zaman-məkan əyilməsini müşahidə ediblər.
Beynəlxalq bilim qrupu bu qravitasiya dalğalarının ilkin aşkarlanması astronomiya sahəsində yeni dövrün başlamsına zəmin yaradacaq.
Bu onillərlə aparılan araşdırmaların kulminasiyasıdır (pik nöqtəsi) və Bİg Bang nəzəriyyəsinə yeni baxış açısı formalaşdıra bilər.
LIGO Collaboration tərəfindən aparılan araşdırma Physical Review Letters jurnalında nəşr edilib.
Adı çəkilən qurum uzun tunnelərdə lazer atəşi açmaqla zaman-məkan strukturunda pulsasiyanı sezməyə çalışan onlarca laboratoriyanı birləşdirir.
Qravitasiya dalğaları: Böyük elm üçün qələbə
Gözlənilən siqnallar olduqca sezilməzdir və hətta atom səviyyəsində belə parçalanmadan interferometr kimi tanınan qurğuların fəaliyyətinə mane olur.
Lakin qara dəlikləin qovuşması ABŞ-da yerləşən bir-birindən geniş şəkildə uzaq olan iki LIGO müəssisəsi tərəfindən qeydə alınmışdır.
Qovuşma 3 günəşin çəkisinə bərabər olan təmiş cazibə enerjisi şüalandırırdı.
Vaşinqtonda keçirilən mətbuat konfrasında LIGO layihəsinin icraçı direktoru, professor Deyvid Reytz (David Reitze) qravitasiya dalğalarını təsbit etdiklərini vurğulayıb.
“İlk dəfədir ki Kainat qravitasiya dalğaları vasitəsi ilə bizimlə danışdı. Bu anadək biz kar idik”, - deyə professor əlavə edib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, Almaniyanın Maks Plan institutunun Cazibə fizikası bölməsininin və Hannoverdə yerləşən Leybniç universitetinin təmsilçisi, professor Karsten Danzmann bu kəşfin DNT strukturunun aşkarlanması və Hiqqz hissəçiklərinin tapılmasından sonra elmdə ən mühüm inkişaf olduğunu bildirib.
“Şübhəsiz, bundan Nobel mükafatının qoxusu gəlir. İlk dəfədir ki, cazibə dalğaları birbaşa aşkar edilib və bu Ümumi nisbilik nəzəriyyəsinin təsdiqidir. Çünki bu qara dəliklərin xüsusiyyətləri Eynşteynin, demək olar ki, 100 il əvvəl etdiyi proqnozlarla üst-üstə düşür”, - deyə o əlavə edib.
Zaman məkan sturkturunda pulsasiya
- Qravitasiya dalğaları Ümumi Nisbilik nəzəriyyəsinin proqnozudur
- Onların mövcudluğu alimlər tərəfindən səsləndirilib, lakin məhz indi birbaşa aşkar olunub
- Onlar şiddətli hadisələr nəticəsində ortaya gələn zaman və məkan sturkturunda bir pulsasiyadır
- Kütlənin sürətləndirilməsi işıq sürətində yayılacaq dalğaların yaranmasına gətirib çıxaracaq
- Aşkar mənbələr öz sıralarına qovuşan qara dəlikləri və neytron ulzdulzarı daxil etməlidir
- LIGO L-formalı uzun tunnelə lazer atəşi açır; dalğalar işığa mane olur.
Bu görüş, qara dəliklər üzrə mütəxəssis olan, professor Stiven Houkinq (Stephen Hawking) tərəfindən bərkidilmişdir. BBC News-a ekslyüziv müsahibə verən S.Houkinq bu kəşfin elm tarixində mühüm an bəlirlədiyinə inandığını bildirib.
“Cazibə dalğaları Kainata tamamilə yeni baxış açısında baxmağa zəmin yaradır. Onları aşkar etmək imkanı astronmoyada çevriliş etmək qüvvəsinə malikdir. Bu kəşf qara dəliyin ikili (binar) sisteminin ilk aşkarlanmasıdır və qara dəliklərin qovuşmasının ilk müşahidəsidir”, - deyə professor əlavə edib.
“Ümumi nisbiliyi sinaqdan keçirməkdən əlavə, biz qara dəlikləri Kainatın tarixi vasitəsi ilə görə biləcəyimizə ümid edə bilərik. Biz hətta, ən yaxşı variantda, Big Bang zamanı mövcud olan erkən Kainatın qalıqlarını belə görə bilərik”.
Tədqiqatın iştirakçısı olan Luiziana universitetinin professoru Qabriela Qonzales cazibə dalğalarının qara dəliklərin qovuşması zamanı kəşf etdiklərini bildirib.
“Çox uzun yol keçdik, lakin bu hələ başlanğıcdır”
Artıq bu sistemləri görməyə imkan yaradan detektorların olduğu və ikili qara dəliklərin olmasını bildiyimiz halda halda – Kainata qulaq asmağa başlayacayıq", - deyə o vurğulayıb.
Qeyd etmək lazımdır ki, Henford, Vaşinqton və Luizianada yerləşən LİGO lazer interferometrləri yenicə təmirdən çıxmışdılar və toqquşmanın siqnallarını sezdikdə təzəcə onlayn vəziyyətə gətirilmişdilər.
Bu hadisə keçən ilin sentyabrın 14-ü GMT 10:51-də baş vermişdi.
Qrafikdə, göstərici yüksələrək, anidən sönməyə başlayan simmetrik, dalğavari xəttə bənzəyir.
“Biz iki qara dəliyin gözəl imzasını aşkar etmişik və bu, tamamilə fantastik olaraq Eynşteybin tənliklərinin ədədi həlli ilə üst-üstə düşür. Bunun doğru olması inanılmazdır”, - deyə professor Danzmann qeyd edib.
Bu layihədə iştirak edən Birləşmiş krallığın aparıcı tədqiqatçılarından biri olan professor Shelia Rovan cazibə dalğalarının ilk dəfə aşkar edilməsi “dəhşətli dərəcədə maraqlı” olan səyahəti başlanğıcı olduğunu qeyd edib.
“Bizim Yerdə olaraq milyard il öncə baş verən qara dəliklərin qovuşması səbəbindən Kainat sturkturunun yüngülcə yayılması və sıxılmasının hiss etməmiz, mənim fikrimcə fenomenal bir şeydir. Heyranedici haldır ki, biz detektorlarımızı qoşduqda Kainat hazır idi və “salam” demək üçün gözləyirdi”, - deyə Rovan əlavə edib.
Mükəmməl araşdırma
Alimlər nəinki qara dəlikləri və neytron ulzduzlar kimi bilinən müəmmalı obyektləri (şəhər miqyasına qədər sıxılan nəhəng günəşlər) araşdıra biləcəklər, hətta Kainatın daha dərinliklərinə və nəticə etibarı ilə daha keçmişə baxa biləcəklər. Bununla belə, nəticədə Big Bang (Böyük partlayış) anını sezmək olar.
“Cazibə dalğaları hər şeydən keçə bilirlər. Keçdikləri onlara demək olar ki təsir etmir və bu dalğaların mükəmməl ötürücü vasitə olması deməkdir”, - deyə Kardif universitetinin professoru Bernard Schutz qeyd edib.
“Qravitasiya dalğasına ötürülən məlumat sistemdən ötürülən zamanı olan informasiya ilə eynidir və bu astronomiya üçün qeyri-adi bir haldır. Önümüzdə mövcud olan kosmik toz səbəbindən biz işığı qalaktikamızın bütün bölgələrindən görə bilmirik, və nəticədə böyük partlayışın erkən hissəsini də, çünki Kainat indikinə baxmış daha əvvəl işığın keçməsi üçün daha qeyri-şəffaf idi. Cazibə dalğalarının sayəsində biz nəhayət ki, Big Bang-in özünü görəcəyimizi güman edirik”, - deyə o əlavə edib.
Bundan əlavə, qravitasiya dalğalarının öyrənilməsi alimlərə fizikanın güclərin birləşməsi, kvant nəzəriyyəsinin qravitasiya ilə əlaqələndirilməsi kimi, ən böyük problemləri ilə bağlı etdikləri araşdırmalarda çox böyük kömək edə bilər.
Hal-hazırda Ümumi nisbilik nəzəriyyəsi geniş miqyasda kosmosu olduqca yaxşı izah edir, lakin iş kiçikmiqyaslı qarşılıqlı əlaqəyə gəldikdə kvant ideyalarına üz tuturuq.
Qara dəliklərdəki kimi, qravitasiyanın dəhşətli dərəcədə yüksək olduğu Kainatın yerlərinin öyrənilməsi, bu məsələdə yeni, daha tamamlanmış baxışlara yol aça bilər.
- Lazer qurğuya verilir və onun şüası iki yola ayrılır
- Ayrı-ayrı yollar dempləşdirilimiş güzgülər arasına önə və arxaya sıçramağa başlayırlar
- Nəticədə şüanın iki hissəsi birlşərək detektora göndərilir
- Laboratoriyadan keçən cazibə dalğaları bu sistemi dağıtmalıdır (ona mane olmalıdır)
- Nəzəriyyə onların öz məkanını incə səviyyədə yayıb sıxmacağını güman edir
- Bu özünü şüa rıçaqlarının uzunluğunun dəyişməsində göstərməlidir.
- Fotodetektor bu siqnalı sonradan birləşmiş şüada qeyd edir
Qeyd etmək lazımdır ki, alimlər son 40 il ərzində cazibə dalğalarının eksperimental sübutunu əldə etmək üçün çalışıblar. Eynşteynin özü bu aşkarlanmanın texnologiya üçün əlçatmaz olacağını düşünürdü. Onun Ümumi nisbilik nəzəriyyəsi ulduzlar və planetlər kimi obyektlərin, bilyard şarının nazik, dartılmış və ya elastik səthə qoyulduqda aşağı batdığı kimi, öz ətraflarındakı məkanı deformasiya etmək qabiliyyətinə malik olduğunu deyir.
Cazibə bu deformasiyanın nəticəsdir – obyektlər, hansısa bir noxud dənəsinin bilyard şarının yaratdığı çökəyə düşdüyü kimi, deformasiyaya uğramış məkana cəzb olur.
Ruhlandırıcı məqam
Eynşteyn proqnozlaşdırmışdı ki, əgər bir ərazidə cazibə anidən dəyişirsə - deyək ki ulduz partlayışı səbəbindən – cazibə enerjisinin dalğaları Kainat boyu, keçdiyi yerlərdə boşluğu genişləndirib-sıxaraq, işıq sürəti ilə pulsasiya edəcək.
Dəhşətli dərəcədə kiçik effekt olmasına baxmayaraq, müasir texnologiya bu məsələ ilə məşğul olmağa hazırdır
Bu fenomeni aşkar edəcək qurğular artıq Vaşinqton, Luiziana və Avropada mövcuddur.
“Cazibə dalğalarının ölçə biləcək alətin hazırlanması fenomenal olardı. Bu böyüməkdə olan bütöv bir gənc nəsil üçün dəhşətli dərəcədə maraqlıdır, çünki bu cür müşahidələr və sərhədlərin aradan qaldırılması bir çox gənc insanı elm və mühəndislik kimi sahələrə getməyə ruhlandıran əsas amillərdən biridir”, - deyə professor Rovan vurğulayıb.
Renat Cəfərov