Siyavuş Novruzov: “Bələdiyyələrin və onların üzvlərinin sayını azaltmaq lazımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyavuş Novruzov: “Bələdiyyələrin və onların üzvlərinin sayını azaltmaq lazımdır”

17:40 - 12 / 02 / 2016
Siyavuş Novruzov: “Bələdiyyələrin və onların üzvlərinin sayını azaltmaq lazımdır”

“Azərbaycanda 20 nəfər əhalisi olan kənddə 5 bələdiyyə üzvü seçilir”.

Bu haqda Milli Məclisin plenar iclasında YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Azərbaycan Respublikası  bələdiyyələri siyahısına dəyişiklik edilməsi haqqında” qanunlayihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bələdiyyə qanunvericiliyi ilə bağlı ciddi dəyişiklik olmalıdır.

“Bu qədər bələdiyyələr və üzvlərin olmasına ehtiyac varmı?”- deyən millət vəkili onların sayının azaldılmasının vacibliyini vurğuladı.

Qeyd edək ki, dəyişikliyə əsasən Naxçıvan MR-in Babək rayonundakı Qaşadiz bələdiyyəsi ləğv olunub.

Qanunlayihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər