Dövlət Statistika Komitəsi: Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsi: Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

11:38 - 12 / 02 / 2016
Dövlət Statistika Komitəsi: Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% bahalaşıb. Belə ki, yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2% bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) 1news.az-a bildirilib.

“Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri bahalaşıb”, – deyə komitədən qeyd edilib.

DSK-dan həmçinin bildirilib ki, digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib:

“Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib”.

1news.az

Paylaş:
822

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər