Əbülfəs Qarayev: "Azərbaycan Türkiyə və Rusiyada öz turizm nümayəndəliyini açacaq" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əbülfəs Qarayev: "Azərbaycan Türkiyə və Rusiyada öz turizm nümayəndəliyini açacaq"

12:07 - 12 / 02 / 2016
Əbülfəs Qarayev: "Azərbaycan Türkiyə və Rusiyada öz turizm nümayəndəliyini açacaq"

“Turizm şirkətləri və respublikanın regionlarındakı mehmanxanaları öz hesablamalarını manat hesabı ilə aparırlar. Bunun nəticəsidir ki, Rusiyanın, İranın, hətta Gürcüstanın turizm şirkətləri Azərbaycana turist göndərməyə maraq göstərirlər”. 

1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu yaxınlarda bu ölkələrin turizm assosiasiyaları ilə müqavilə bağlanıb:

“Manatın düşməsi ilə əlaqədar xarici ölkələrdən, xüsusilə qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik. Elə şirkətlər var ki, Azərbaycandan xaricə turist göndərdikdə onlar şirkətlərə ödəmələri dollar, avro və yaxud digər valyuta tətbiq edirlər. Çünki, onların müqavilələri xarici ölkələrlə bağlıdır”.

Nazir qeyd edib ki, Azərbaycanın daxilində isə bütün ödəmələr milli valyuta ilə həyata keçirilir:

“Bu da indiki dövrdə ölkəmizə turizm axını imkan verir. Bunun üçün nazirlik tərəfdən artıq lazımi işlər aparılır. Bu yaxınlarda Rusiya və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyaları nümayəndəliyi açılacaq. Artıq müqavilələr bağlanıb, yerlər və məkanlar müəyyənləşdirilib.

Bu ayın axırına kimi Türkiyədə, gələn ayın ortasına kimi Rusiyada Azərbaycan turizminin xüsusi nümayəndəlikləri açılacaq. Hesab edirik ki, bu gün Azərbaycan turizm sənayesində tətbiq olunan qiymətlər tamamilə bu regionda verilən təkliflərlə rəqabət apara bilər. Bu da ümumi strateji xəttimizdir”.

1news.az

Paylaş:
1133

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər