Araz Əzimov: "Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr status-kvo regional təhlükəsizliyə mənfi təsir edir" - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Araz Əzimov: "Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr status-kvo regional təhlükəsizliyə mənfi təsir edir" - FOTO

00:34 - 12 / 02 / 2016
Araz Əzimov: "Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr status-kvo regional təhlükəsizliyə mənfi təsir edir" - FOTO

"Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir".

1news.az xəbər verir ki, bu fikri bu gün Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.

Nazir müavini münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğal edildiyini, yüz minlərlə vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə salınaraq öz əsas insan hüquq və azadlıqlarından məhrum edildiyini vurğulayıb. O, Azərbaycanın münaqişədən əziyyət çəkən ölkə kimi problemin tezliklə həllində ən maraqlı tərəf olduğunu qeyd edib. Beynəlxalq hüququn norma və prinsiplərindən, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həllinə dair qəbul edilmiş çoxsaylı sənədlərdən irəli gələrək, problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi və işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyətlərə son qoyulması istiqamətində ikitərəfli və çoxtərəfli formatlarda bütün vasitələrdən bundan sonra da istifadə edəcəyini vurğulayıb.

Araz Əzimov ölkəmizin ATƏT-in Minsk prosesinə sadiq olduğunu vurğulayıb və münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edildiyi kimi, yeganə beynəlxalq format olan bu formatdan tam istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi və hazırkı status-kvo regional təhlükəsizlik və regional layihələrin həyata keçirilməsi üçün təhlükə yaradır”, - deyən A.Əzimov Minsk qrupuna üzv olan bütün dövlətləri münaqişənin həlli üçün aktiv fəaliyyət göstərməyə çağırıb. O, münaqişənin tezliklə həllinə nail olmaq üçün Ermənistan üzərində beynəlxalq təzyiqin gücləndirilməsinin zəruriliyini vurğulayıb, bu ölkənin işğala, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinə əsaslanan siyasətinin heç bir perspektivinin olmadığını deyib.

Nazir müavini Azərbaycanın beynəlxalq terrorizm, narkotik vasitələrin ticarətinə və radikallaşma kimi transmilli təhlükələrə qarşı mübarizədə bundan sonra da səylərini davam etdirəcəyini bildirib. O, həmçinin qeyd edib ki, iqtisadi islahatlar və investisiyalar üçün münbit şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdir.

Elektron hökumət xidmətlərinin inkişafı sayəsində Azərbaycanın korrupsiya ilə mübarizədə qazandığı uğurlardan bəhs edən nazir müavini ölkəmizin ATƏT-in digər iştirakçı dövlətləri ilə bu sahədə təcrübəsini paylaşmağa hazır olduğunu bildirib. A.Əzimov əlavə edib ki, regional və transregional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan ATƏT məkanında iqtisadi əlaqələrin təşviqinə praktiki dəstək verə bilər.

Azərbaycanın paytaxtı Bakının aprel ayında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyinə diqqəti cəlb edən A.Əzimov bu tədbiri ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun inkişafına verəcəyi növbəti töhfə kimi dəyərləndirib. Nazir müavini tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının dəyərləri, sosial praktika və vərdişlərinin vəhdəti əsasında formalaşdığını vurğulayaraq, müxtəlif millətlərin və etnosların nümayəndələrinin dinc birgəyaşayışı üçün mühüm şərtləri yaradan multikulturalizmin təşviq olunmasının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

1news.az

Paylaş:
609

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər