Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

18:38 - 13 / 02 / 2016
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

President.az

Paylaş:
773

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər