Cənubi Qafqazın geosiyasəti – Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçılarının diqqət mərkəzində | 1news.az | Xəbərlər
Cəmiyyət

Cənubi Qafqazın geosiyasəti – Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçılarının diqqət mərkəzində

13:24 - 15 / 02 / 2016
Cənubi Qafqazın geosiyasəti – Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçılarının diqqət mərkəzində

Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları bazar ertəsi ADA Universitetini ziyarət ediblər. Burada onlar Cənubi Qafqazın geosiyasi vəziyyəti haqda mühazirəni dinləyərəkkampusla tanış olmaq imkanı əldə ediblər.

1news.az-ın verdiyi xəbərə görə, ADA-nın prorektoru Fairz İsmayılzadə Azərbaycanın regionda tutduğu vəzifədən söz açaraq təhlükəsizlik, iqtisadiyatın inkişafı və mədəniyyətin xüsusiyyətləri ilə bağlı sualları xüsusi vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan bütün regionda iqitisadi modelin inkişafı ilə bağlı işlər aparır. Bununla yanaşı, o, Azərbaycan iqtisadiyyatını təşkil edən neftdən başqa, ölkədə nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlarınolduğundan da  bəhs edib.

Bu konteksdə Şərqlə Qərb arasında qədim ticarət marşrutunun bərpası ilə bağlı Yeni İpək Yolu layihəsidə qeyd olunub. Bu yol Azərbaycandan da keçirdi. F.İsmayılzadənin qeyd etdiyi kimi, hazırda qədim ticarət yolunun müasir logistik nəqliyyat qovşağına çevrilməsi üzərində işlər aparılır.

Mühazirəçi bildirdi ki, Azərbaycanın bu sahədə təklükəsizliyinin əsas səbəbi, ermənilərlə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. O, iştirakçılara Ermənistanın beynəlxalq hüquq normalarını pozduqları və Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamaları ilə bağlı məlumat da verdi.

Azərbaycanın qonşuluq münasibətlərinə də toxunularaq, əsasən də Rusiya və İran kimi güclü dövlətlərdən danışıldı. Tələbələri ölkənin şimal və cənub qonşuları ilə balansı qorunması məsələsi maraqlandırıb. Prorektor qeyd edib ki, Azərbaycanın siyasi xəttində hər iki ölkə ilə mehriban və praqmatik münasibətlərə köklənməsi əsas vəzifələrdəndir.

Eyni zamanda tələbələrlə görüş zamanı Cənubi Qafqazın, xüsusən də Azərbaycanın mədəni xüsusiyyətlərindən bəhs olunub. F.İsmayılzadə qonaqlara bildirib ki, Azərbaycan müəslman şərqində ilk dünyəvi respublikadır ki, burada qadınlara digər inkişaf etmiş ölkələrə nisbətən tez hüquqlar verilib. Eyni zamanda, Azərbaycanda Şərqdə ilk dəfə olaraq opera yazılıb.

“Azərbaycan həmişə irəliyə baxan ölkə olub. Çətinliklə əldə etdiyimiz müstəqilliyimizi hər şeydən üstün hesab edirik və müstəqilliyimiz heç bir halda güzəşt ola bilməz”, - F.İsmayılzadə dedi.

Xatırlaqdaq ki, fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb və fevralın 15-dən öz işini davam etdirəcək.

Bu proqramda iştirak etmək üçün Azərbaycana 16 ölkədən 50-dən çox tələbə və professor gəlib. Qış məktəbinin iştirakçıları universitetlərdə “Azərbaycanda multikulturalizm” mövzusunda mühazirələr dinləyiblər.

Layihənin məqsədi – tələbə və akademikləri Azərbaycanda tolerantlıq və multikulturalizm modeli ilə yaxından tanış etməkdir.

1news.az

Paylaş:
643

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər