2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə 331,1 milyon sərnişin daşınıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə 331,1 milyon sərnişin daşınıb

15:48 - 15 / 02 / 2016
2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə 331,1 milyon sərnişin daşınıb

2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10956,1 milyon ton-km olub.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadla verdiyi xəbərə görə, yüklərin 30,65 milyon tonu və ya 58,7 faizi avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7 faizi dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0 faiz və 34,8 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 faizini və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil edib.

İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 6628,5 milyon sərnişin-km olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8 faiz, sərnişin dövriyyəsi isə 7,5 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

1news.az

Paylaş:
855

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər