Kamp Keyr: “Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kamp Keyr: “Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür”

1news Redaksiyası16:37 - 15 / 02 / 2016
Kamp Keyr: “Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür”

“Etibarlı tərəfdaş olan Azərbaycanda biznes mühitinin inkişafı üçün əhəmiyyətli işlər görülür”.

1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin enerji və infrastruktur şöbəsinin müdiri Kamp Keyr Londonda keçirilən Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasındakı çıxışında deyib.

K.Keyr çıxışında Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

O, ölkəmizdə biznes üçün yaradılan şəraiti xüsusi qeyd edərək bildirib ki, Azərbaycanda biznes və investisiya mühitinin inkişafı üçün əhəmiyyətli addımlar atılır, ciddi islahatlar aparılır.

1news.az

Paylaş:
1022

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər