Fövqəladə Hallar Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd edək ki, FHN-də Apellyasiya Şurası “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq yaardılıb.
1news.az
943