Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq

1news Redaksiyası19:41 - 15 / 02 / 2016
Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq

Azərbaycan 16-19 fevral tarixlərində Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanı sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana təmsil edəcək.

Azərbaycanın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər