Dövlət Sosial Müdafiə Fondunda Apellyasiya Şurası yaradılıb
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) da Apellyasiya Şurası yaradılıb.
1news.az-ın məlumatına görə, Fondun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir.
Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasına uyğun olaraq, artıq bir sıra dövlət qurumlarında Apellyasiya Şurası yaradılıb.
1news.az