XİN “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya dair açıqlama verdi | 1news.az | Xəbərlər
Siyasət

XİN “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya dair açıqlama verdi

11:59 - 15 / 02 / 2016
XİN “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya dair açıqlama verdi

“Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan on ölkəsi” siyahısına Azərbaycan Respublikasının daxil edilməsini düzgün və obyektiv hesab etmirik. Jurnalın hansı meyar və məlumat əsasında bu siyahını hazırlaması və Azərbaycanı ora daxil etməsi ciddi sual doğurur”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, jurnalın Azərbaycan Respublikasında vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olması barəsində iddiası tamamilə əsassızdır:

“Bu, Azərbaycan Respublikasının müvafiq qanunlarına, qoşulduğu ikitərəfli və çoxtərəfli sazişlərə heç bir halda uyğun deyildir. Bəzi yerli internet media orqanları tərəfindən bu məsələ təhrif edilərək, XİN-in peşəkar nüfuzuna xələl gətirmək məqsədilə əsassız şəkildə guya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında daha çox qeyri-iş gününün tətbiq edilməsi ilə əlaqələndirilib.

“Wanderlust” dərgəsinin bu siyahısı bizim üçün meyar olmasa da, cavab hüququndan istifadə edərək, sözügedən məsələ ilə əlaqədar narazılığımız “Wanderlust” jurnalının redaksiyasına bildiriləcək.

Ümumiyyətlə, vizaların rəsmiləşdirilməsi Xarici İşlər Nazirliyi və digər aidiyyəti nazirlik və dövlət qurumlarının cəlb olunduğu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli 326 nömrəli “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına əsasən həyata keçirilir.

Qanunvericiliyin tələbinə uyğun olaraq, viza sorğularının icrası adi hallarda 10 gün, əlavə araşdırma tələb olunduğu təqdirdə isə 15 gün təşkil edir. Turistlərə verilən elektron viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü, əlavə araşdırma tələb olunmadığı hallarda 5 və ya 7 təqvim günü müddətinə icra olunur. Yəni şənbə və bazar günləri də sənədin icra müddətinə daxildir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron turizm vizalarını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçmiş turizm şirkətləri vasitəsilə əldə edə bilərlər.

1 sentyabr 2014-cü il tarixindən qüvvəyə minən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən, viza ərizələrinə baxılması müddəti 10 təqvim günüdür. Göründüyü kimi, viza müraciətlərə baxılma müddəti qarşılıqlılıq prinsipi əsasında sazişi imzalayan dövlətlərin vətəndaşlarına eyni qaydada tətbiq edilir.

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur və sair ölkələrin vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir. Bu ölkələrin vətəndaşlarına viza rəsmiləşdirilməsi yerindəcə Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında həyata keçirilir. Eyni şərtlər uzun müddətdir ki, Türkiyə və İsrail vətəndaşlarına münasibətdə də tətbiq olunur.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə respublika üzrə müəyyən olunan qeyri-iş günlərində belə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında növbəçilik prinsipi əsasında iş rejimi həyata keçirilir. Burada, ölkəmizdə qeyri-iş günləri olduğu halda, diplomatik nümayəndəliyin yerləşdiyi dövlətlərdə iş rejiminin tətbiq olunması kimi məqam da nəzərə alınır.

Hal-hazırda vizaların rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə cəlb olunmuş dövlət qurumları ilə birlikdə XİN tərəfindən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub”.

Visaların rəsmiləşdirilməsi ilə bağlı daha ətraflı məlumat XİN-in internet saytından əldə edilə bilər.

http://www.mfa.gov.az/az/news/878/3764

1news.az

Paylaş:
580

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər