Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər.
Bu haqda 1news.az-a aparatının mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.
Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanasına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün yaradılmış yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə baxışlar keçirilib, hərbi qulluqçularla görüşlərdə insan hüquqları ilə əlaqədar söhbətlər aparılıb.
Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti müsbət qiymətləndirilib.
Ombudsmanın 2003-2014-cü illəri əhatə edən illik məruzələrinin elektron variantı hərbi hissələrin rəhbərliyinə təqdim edilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.
1news.az