“Asan Xidmət”in “vəzifəli şəxsləri”nə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Asan Xidmət”in “vəzifəli şəxsləri”nə qarşı cinayət işi açılıb

12:31 - 15 / 02 / 2016
“Asan Xidmət”in “vəzifəli şəxsləri”nə qarşı cinayət işi açılıb

Vətəndaşlara özlərini “Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri ifşa olunub.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, bu barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı “Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər