Prezident Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə fərmanda dəyişikliyi təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədarqərara alıram:
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3, maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014-cü il, № 10, maddə 1217, № 12, maddə 1552) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə üzrə:
1.1. 2.1-ci bəndə “40-cı maddəsinin 2-ci bəndində,” sözlərindən sonra “47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində,” sözləri əlavə edilsin;
1.2. 2.2-ci, 2.4-cü, 2.5-ci və 2.6-cı bəndlərdə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin;
1.3. 2.3-cü bənddən “56-cı maddənin 5-ci bəndinin birinci abzasında və 7-ci bəndində,” sözləri çıxarılsın;
1.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;”.
2. 4-cü hissədə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri ilə əvəz edilsin”.
President.az