Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata tutulub – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata tutulub – YENİLƏNİB

15:21 - 16 / 02 / 2016
Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata tutulub – YENİLƏNİB

Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata polislər tərəfindən saxlanılıb.

1news.az-ın rayon polis şöbəsinə istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

10:14

Beyləqanda dəhşətli qətl törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1news.az

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər