Nizami Kino Mərkəzində Yapon filmləri nümayiş olunacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Nizami Kino Mərkəzində Yapon filmləri nümayiş olunacaq

23:27 - 16 / 02 / 2016
Nizami Kino Mərkəzində Yapon filmləri nümayiş olunacaq

Fevralın 19-23-də Nizami Kino Mərkəzində Yapon Filmləri Həftəsi keçiriləcək.

1news.az "Report"a istinadən xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Yapon kinematoqrafçılarının çəkdiyi 5 film Bakı tamaşaçılarına təqdim ediləcək.

Filmlərin siyahısı təqdim edilib.

"Söz bağçası" 19 fevral (cümə) "Kikinin çatdırma xidməti" 20 fevral (şənbə), "Nabinin sevgisi" 21 fevral (bazar), "Yay gecəsində yuxu" 22 fevral (bazar ertəsi), "Xöşbəxtlik çörəyi" 23 fevral (çərşənbə axşamı).

Filmlərin nümayişi  saat 19.00-da olacaq.

Xatırladaq ki, filmlərə giriş sərbəstdir. Filmlər yapon dilində olmaqla, Azərbaycan dilində subtitrlərlə  nümayiş etdiriləcək.

1news.az

Paylaş:
1987

Son xəbərlər

Bütün xəbərlər