“Bakı Metropoliteni” 63 nəfəri işə qəbul edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakı Metropoliteni” 63 nəfəri işə qəbul edib – FOTO

11:56 - 16 / 02 / 2016
“Bakı Metropoliteni” 63 nəfəri işə qəbul edib – FOTO

Fevralın 13-ü “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.

“Bakı Metropoliteni” QSC-dən 1news.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.

Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.

İşə qəbul imtahanını uğurla keçən namizədlər “Bakı Metropoliteni” QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar. Xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.

1news.az

 

Paylaş:
1110

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər