IDEA-nın “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti treninq keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA-nın “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti treninq keçirilib

12:17 - 16 / 02 / 2016
IDEA-nın “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti treninq keçirilib

Fevralın 13-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə yayihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya”-nın növbəti treninqi keçirilib.

1news.az-ın məlumatına görə, Prezident Yanında İdarəçilik Akademiyasının Resurs Mərkəzində baş tutan “Təbiətə sevgi” adlı treninq çərçivəsində uşaqlar dovşan, tutuquşu, tısbağa ilə tanış olub olub, onları yemləmək, qayğısına qalmaq imkanı əldə ediblər.

Maraqlı və əyləcəli anlarla yanaşı treninqdə uşaqlar təbiətin, heyvanların qayğısına qalmağın vacibliyi fikrini uşaqlara aşılayıb.

Sonda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı treninq iştirakçılarına yaddaqalan hədiyyələr bağışlayıb.

“Uşaqlar üçün ekoloji laboratoriyada” iştirak üçün IDEA İctimai Birliyi ilə əlaqə saxlaya bilərsiniz. Tel. 497-63-16

1news.az

 

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər