Qiymətli kağızlar bazarının vahid ticarət, ticarət sonrası və nəzarət sistemi istifadəyə verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qiymətli kağızlar bazarının vahid ticarət, ticarət sonrası və nəzarət sistemi istifadəyə verilib

13:14 - 17 / 02 / 2016
Qiymətli kağızlar bazarının vahid ticarət, ticarət sonrası və nəzarət sistemi istifadəyə verilib

Fevralın 17-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, QKDK-ın aparat rəhbəri Bəxtiyar Əzizov “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

Layihənin məqsədi kapital bazarlarında səmərəli tənzimləyici çərçivə və infrastrukturun təmin edilməsi, maliyyələşmə və investisiya mexanizmləri kimi səhm və korporativ borc alətlərinin istifadəsinin genişləndirilməsi vasitəsi ilə iqtisadi artım və yüksək rifahı dəstəkləməkdən ibarətdir.

Hər iki ölkə arasında əməkdaşlıq potensialının çox böyük olduğunu deyən Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu qiymətli kağızlar bazarının vahid ticarət, ticarətsonrası və nəzarət sisteminin istifadəyə verilməsinin Azərbaycanın texnologiya bazarına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

1news.az

Paylaş:
773

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər