Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə düşəcək

13:36 - 17 / 02 / 2016
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə düşəcək

Meteoroloqlar ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır.

Güclü  şimal-qərb küləyi əsəcək. Temperatur 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər